gamzajev_525

Beləliklə, unutmaq olmaz ki, Bakıdakı Litva konsulluğu o zaman yalnız rəsmi yazışmalar aparmırdı, təkcə Litva əsilli şəxslərə sənədlər verməklə, etibarnamələri qanuni şəklə salmaqla və digər vacib kağızları leqallaşdırmaqla məşğul olmurdu.

Eyni zamanda, Azərbaycandakı həmvətənlərin həyati qayğılarına qalırdı, onların ən adi məişət problemlərinin həlli üçün çalışırdı.

Müxtəlif ixtisas sahibi olan litvalılar – həkimlər, dərzilər, çəkməçilər, baytarlar, rabitəçilər və başqaları Litva konsulluğunun ünvanını göstərməklə Bakı qəzetlərində elanlar verir və əhaliyə öz xidmətlərini təklif edərək heç olmazsa, çörək pulu qazanmağa çalışırdılar.

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 4 )”

gamzajev_525

(Əvvəli ötən şənbə sayımızda)

18-20 oktyabr 1917-ci il tarixində Stokholm şəhərində Rusiyada fəaliyyət göstərən Litva təşkilatlarının təmsilçiləri toplantı keçirdilər.

Bu toplantıda Qafqaz Litvalıları Şurasının və o cümlədən Bakı litvalıları cəmiyyətinin təmsilçiləri də iştirak edirdilər. 1917-ci ilin 2-10 noyabr tarixlərində isə bütün Litva təşkilatları şuralarının rəhbərləri İsveçrənin Bern şəhərində yığışaraq müştərək konfrans keçirdilər. Hər iki konfransda Litva diaspor təşkilatları çox vacib tarixi qətnamələr qəbul etdilər. Onlar Litvanın dövlət müstəqilliyinin elan edilməsini dəstəklədiklərini bildirdilər və Litva Şurasına bütün xalqın adından vahid bir təşkilat olaraq çıxış etmək səlahiyyətini verdilər.

Bu isə öz növbəsində Litva Şurasının yaxın gələcəkdə müstəqillik elan edəcək dövlət orqanına çevrilməsinə əsas yaratdı. Müstəqillik naminə litvalıların yekdil çıxış etməsi və qəti əzmkarlığı Litva Şurasının əhəmiyyət və çəkisini alman işğal hakimiyyətinin gözündə mühüm dərəcədə yüksəltdi.

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 2 )”

gamzajev_525

2011-ci ilin payızında Litva xarici ölkələrlə diplomatik əlaqələrini bərpa etməsinin iyirminci ildönümünü qeyd etdi. Ölkədə bir sıra dəbdəbəli tədbirlər təşkil olundu. İldönümü münasibəti ilə sentyabrın ortalarında Litva Respublikasının Seymində təntənəli iclas da keçirildi.

11 mart 1990-cı ildə Litvanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra təyin olunmuş Litva səfirləri və bir sıra xarici diplomatlar bayram şənliklərinə qatılmışdılar. Litva ilə dövlətlərarası münasibətləri bərpa etmiş ölkələrin nümayəndələri diqqət mərkəzində idilər. İyirmi il öncə bərpa edilmiş diplomatik münasibətlərin başlanğıcında durmuş xarici səfirlər Vilnüsdə hörmətlə qəbul olundular və onların bəziləri təmtəraqla Litvanın dövlət və hökumət mükafatları ilə təltif edildilər. Təəssüf ki, Litvanın dövlətlərarası əlaqələrinin bərpa edilməsi salnaməsində bu gün bir neçə mühüm səhifə çatışmır.

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 1 )”