LİTVA “MEŞƏ QARDAŞLARI” MÖVZUSUNDA

“XRUŞŞOV MÜLAYİMLİYİ” DÖVRÜNDƏ YAZILMIŞ ƏDƏBİ ƏSƏRLƏR

Litva yazıçısı Algirdas POTSYUSUN “On fransız sözü” hekayəsinin  tərcüməsi

TƏRCÜMƏÇİDƏN ÖN SÖZ

Tanınmış yazıçı Algirdas POTSYUS (litvaca: Algirdas Pocius) müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir.

A. Potsyus 1930-cü ilin avqustun 28-də Litvanın Majeykyay rayonunun Ketunay kəndində dünyaya gəlib. Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950-1952-ci illərdə Klaypeda müəllimlər institunun Litva dili və ədəbiyyatı şöbəsində təhsil alıb.

Continue reading „ON FRANSIZ SÖZÜ”

gamzajev_525

Beləliklə, unutmaq olmaz ki, Bakıdakı Litva konsulluğu o zaman yalnız rəsmi yazışmalar aparmırdı, təkcə Litva əsilli şəxslərə sənədlər verməklə, etibarnamələri qanuni şəklə salmaqla və digər vacib kağızları leqallaşdırmaqla məşğul olmurdu.

Eyni zamanda, Azərbaycandakı həmvətənlərin həyati qayğılarına qalırdı, onların ən adi məişət problemlərinin həlli üçün çalışırdı.

Müxtəlif ixtisas sahibi olan litvalılar – həkimlər, dərzilər, çəkməçilər, baytarlar, rabitəçilər və başqaları Litva konsulluğunun ünvanını göstərməklə Bakı qəzetlərində elanlar verir və əhaliyə öz xidmətlərini təklif edərək heç olmazsa, çörək pulu qazanmağa çalışırdılar.

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 4 )”