gamzajev_525

Bakıda Litva konsulluğunun təsis edilməsi hər iki dövlət üçün əhəmiyyətli hadisə idi. Unutmaq olmazdı ki, müstəqilliyin yalnız elan edilməsi ilə iş bitmirdi.

Həm Litva, həm də ki, Azərbaycan beynəlxalq aləmdə müstəqilliklərinin de-yure tanınması üçün səylər göstərirdilər. Həmçinin, məhz bu səbəbə görə, Xarici işlər naziri M.Y. Cəfərovun Litva konsulluğunun təsis edilməsi ilə bağlı Milli hökumətə 1919-cu ilin martında ünvanladığı təqdimat belə bir cümlə ilə bitirdi:

“…Zənn edirəm ki, müqəddəratını təyin etmiş xalqların beynəlxalq əlaqələrinin inkişafına dəstək verməklə, biz eyni zamanda Respublikamızın da beynəlxalq münasibətlər sahəsində nüfuzunun artmasına şərait yaratmış oluruq…”

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 3 )”