baki_000

XOCALI FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI LİTVA RESPUBLİKASI SEYMİ ÜZVLƏRİNİN AVROPA PARLAMENTİNƏ MÜRACİƏTİ

Vilnüs şəhəri, 25 fevral 2012-ci il.

Bu ilin fevralın 25-də yad dövlətlərin silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölməsində yerləşən Xocalı şəhərinə soxulmasının və burada əksəriyyəti qadın, qoca və uşaqlardan ibarət olan 613 nəfər dinc şəhər sakinini vəhşiliklə qırmaqlarının 20 ili tamam olur.

Litva xalqı Azərbaycan xalqının ağrısını yaxşı başa düşür və təəssüflə qeyd edir ki, keçmiş Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan  dəyərləndirilməsindən fərqli olaraq Xocalı faciəsinin təqsirkarları indiyə qədər cəzalandırılmayıblar.

Continue reading „XOCALI FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI LİTVA RESPUBLİKASI SEYMİ ÜZVLƏRİNİN AVROPA PARLAMENTİNƏ MÜRACİƏTİ”

gamzajev_525

(Əvvəli ötən şənbə sayımızda)

18-20 oktyabr 1917-ci il tarixində Stokholm şəhərində Rusiyada fəaliyyət göstərən Litva təşkilatlarının təmsilçiləri toplantı keçirdilər.

Bu toplantıda Qafqaz Litvalıları Şurasının və o cümlədən Bakı litvalıları cəmiyyətinin təmsilçiləri də iştirak edirdilər. 1917-ci ilin 2-10 noyabr tarixlərində isə bütün Litva təşkilatları şuralarının rəhbərləri İsveçrənin Bern şəhərində yığışaraq müştərək konfrans keçirdilər. Hər iki konfransda Litva diaspor təşkilatları çox vacib tarixi qətnamələr qəbul etdilər. Onlar Litvanın dövlət müstəqilliyinin elan edilməsini dəstəklədiklərini bildirdilər və Litva Şurasına bütün xalqın adından vahid bir təşkilat olaraq çıxış etmək səlahiyyətini verdilər.

Bu isə öz növbəsində Litva Şurasının yaxın gələcəkdə müstəqillik elan edəcək dövlət orqanına çevrilməsinə əsas yaratdı. Müstəqillik naminə litvalıların yekdil çıxış etməsi və qəti əzmkarlığı Litva Şurasının əhəmiyyət və çəkisini alman işğal hakimiyyətinin gözündə mühüm dərəcədə yüksəltdi.

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 2 )”

gamzajev_525

2011-ci ilin payızında Litva xarici ölkələrlə diplomatik əlaqələrini bərpa etməsinin iyirminci ildönümünü qeyd etdi. Ölkədə bir sıra dəbdəbəli tədbirlər təşkil olundu. İldönümü münasibəti ilə sentyabrın ortalarında Litva Respublikasının Seymində təntənəli iclas da keçirildi.

11 mart 1990-cı ildə Litvanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra təyin olunmuş Litva səfirləri və bir sıra xarici diplomatlar bayram şənliklərinə qatılmışdılar. Litva ilə dövlətlərarası münasibətləri bərpa etmiş ölkələrin nümayəndələri diqqət mərkəzində idilər. İyirmi il öncə bərpa edilmiş diplomatik münasibətlərin başlanğıcında durmuş xarici səfirlər Vilnüsdə hörmətlə qəbul olundular və onların bəziləri təmtəraqla Litvanın dövlət və hökumət mükafatları ilə təltif edildilər. Təəssüf ki, Litvanın dövlətlərarası əlaqələrinin bərpa edilməsi salnaməsində bu gün bir neçə mühüm səhifə çatışmır.

Continue reading „Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr ( 1 )”