XOCALI FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI LİTVA RESPUBLİKASI SEYMİ ÜZVLƏRİNİN AVROPA PARLAMENTİNƏ MÜRACİƏTİ
Vilnüs şəhəri, 25 fevral 2012-ci il.
Bu ilin fevralın 25-də yad dövlətlərin silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölməsində yerləşən Xocalı şəhərinə soxulmasının və burada əksəriyyəti qadın, qoca və uşaqlardan ibarət olan 613 nəfər dinc şəhər sakinini vəhşiliklə qırmaqlarının 20 ili tamam olur.
Litva xalqı Azərbaycan xalqının ağrısını yaxşı başa düşür və təəssüflə qeyd edir ki, keçmiş Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq Xocalı faciəsinin təqsirkarları indiyə qədər cəzalandırılmayıblar.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım günündə, məhv edilmiş əhalinin doğmalarının və həmçinin bu fəlakətə məruz qalanların dərdinə şərik olduğumuzu bildiririk və onlara səmimi-qəlbdən baş sağlığı veririk, bütün Azərbaycan xalqına isə həmrəylik duyğularımızı ifadə edirik.
Biz – Litva Respublikaı Seyminin üzvləri, hazırda davam edən münaqişəyə diqqəti cəlb edərək vurğulayırıq ki, Avropa Parlamentində 20 may 2010-cu il tarixində qəbul edilmiş 2216 saylı Rezolyusiyanı əhəmiyyətli sənəd kimi qiymətləndiririk və bu sənəddə təcavüzkarın hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduğumuzu izhar edirik və həmin sənəddə təsbit edilmiş prinsipial müddəaların yerinə yetirilməsi üçün dəstək verdiyimizi bildiririk.
İnanırıq ki, Xocalı faciəsinə Avropa Parlamentində siyasi qiymət veriləcək və bu qanlı hadisələr Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul olunacaqdır.
Sizinlə birlikdə ümidvarıq ki, Avropa Parlamentinin sözügedən Rezolyusiyasının tələbləri yerinə yetirələcək və bu yolla tarixi ədalət bərpa olunacaq, qonşu xalqların münaqişəsi isə keçmişin tutqun və üzüntülü səhifələri kimi xatırlanacaqdır.
Litva Respublikası Seyminin üzvləri:
-
Arturas MELYANAS
10. Andryus BURBA
13.Vityanis Povilas ANDRYUKAYTİS
16. Ritas KUPÇİNSKAS
17. Kazimieras UOKA
19. Aureliya STANSİKİENE
20. Pyatras LUOMANAS
21. .Arune STİRBLİTĖ
Litva dilindən tərcümə edəni: Litva azərbaycanlıları cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri, Azərbaycanın əməkdar jurnalisti Mahir Həmzəyev.
Vilnüs, 25 fevral 2012-ci il.